BSU-nun “Kaspi” komandası Çelyabinskdən uğurla qayıtdı

              

   Bu günlərdə Çelyabinsk  Dövlət Universitetində BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) və Avrasiya İqtisadi İttifaqı ölkələrinin diplomatiya və beynəlxalq əlaqələri sahəsində məktəbli və şagirdlər arasında yaradıcılıq yarışı - III Beynəlxalq Diplomatik Oyunlarının final yarışı təşkil olunub. Oyunlar A.M.Qorçakova adına İctimai Diplomatiyaya Dəstək  Fondunun yardımı ilə Məzunlar Assosiyasiyası və Çelyabinsk Universitetinin Avrasiya və Şərq fakültəsinin təşkilatçılığı ilə baş tutub.

 Layihəyə “Çelyabinsk vilayəti hökumətinin dəstəyi ilə” statusu verilib.

Oyunlarda 5 MDB ölkəsindən 46 komanda iştirak edib. Onlardan 35-i Rusiya Federasiyasını, 11-i digər xarici ölkələri təmsil edib.

    III Diplomatik oyunlarda respublikamızı təmsil edən yeganə komanda Bakı Slavyan Universitetinin “Kaspi” komandası olub. Finalda 3-ü yeri qazanan komandamızın üzvləri diplom və medallarla mükafatlandırılıblar.

    Diplomatik oyunlara 8 mindən çox adam tamaşa edib. Finalistlərimizi tamaşa zalında azarkeşlərlə bərabər Çelyabinskdən min kilometr uzaqda yaşayan insanlar da dəstəkləyiblər.

   Qeyd edək ki, dekabrın 19-da Bakı Slavyan Universitetinin “Kaspi” komandası “Ən yaxşı tələbə işi” nominasiyasında Ermənistan komandasını on üç yer geridə qoyaraq ilk beşliyə düşüb final mərhələsinə vəsiqə qazanmışdılar.

BSU-nun Mətbuat Xidməti