Tələbələr Halloween Gününə həsr olunmuş tədbir keçiriblər

                      

   Məlum olduğu kimi, hər il oktyabrın son günlərində ingilisdilli xalqlar Halloween Gününü qeyd edirlər. Bu günlərdə BSU-nun Tərcümə fakültəsinin və Avropa dilləri kafedrasının birgə təşkilatçılığı ilə keçirilən bayrama  ingilis dili ixtisası üzrə təhsil alan tələbələr qatılıblar.

   Tədbir çərçivəsində keçirilən “Ən kreativ balqabaq” və “Ən yaxşı qrim” müsabiqələri üzrə I yerə layiq görülən tələbələrə  hədiyyələr təqdim olunub. Daha sonra tələbələrin hazırladıqları tematik səhnəciklər nümayiş olunub.