BSU rektorunun ünvanına təşəkkürnamə gəlib

      Bildirdiyimiz kimi, oktyabrın 31-də Bakı Slavyan Universitetində “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə “Leykemiya - hökm deyil” adlı xeyriyyə sərgisi keçirilib. Layihənin məqsədi leykemiya xəstəliyi (qan xərçəngi) haqqında tələbələri maarifləndirmək və bu xəstəliklə mübarizə aparan uşaqlara dəstək proqramları üçün vəsait toplamaq olub. 
   Bu gün BSU rektorunun ünvanına Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırovanın imzası ilə təşəkkürnamə daxil olub. Təşəkkürnamədə Bakı Slavyan Universitetinin rektoru Nurlana xanım Əliyevaya Leykemiya ilə mübarizədə göstərdiyi dəstəyə görə minnətdarlıq edilir.