BSU-da Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

                             

     Oktyabrın 17-də Bakı Slavyan Universitetində (BSU) 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilib. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirin əvvəlində Dövlət himn səsləndirilib. Himnin ardından giriş sözü ilə çıxış edən BSU üzrə Yeni Azərbaycan Partiyasının (YAP) sədri Sevinc Axundova iştirakçılara Azərbaycanın Dövlət Müstəqilliyi Gününün tarixinə nəzər salıb, müstəqillik qazanıldıqdan bəri YAP-ın fəaliyyətindən söz açıb. O, birinci kurs tələbələrinə BSU YAP Gənclər Birliyinin işi barədə məlumat verərək, gəncləri universitetin ictimai həyatında fəal olmağa səsləyib.

       Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev çıxışında ölkəmizdə müstəqillik əldə olunandan əvvəlki və hazırkı vəziyyəti müqayisə edib.

      Tədbirdə Dövlət Müstəqilliyi Gününə həsr olunmuş video çarx nümayiş olunub. Nümayişin ardından BSU üzrə YAP Gənclər Birliyinin sədri Şirin Hüseynzadə YAP GB-nin 2017-2018-ci tədris ili ərzindəki fəaliyyətindən danışaraq illik hesabat haqqında slaydı təqdim edib.

      Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekan müavini Lalə Mikayılzadənin Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş məruzəsi dinlənilib.

          Tədbirin sonunda YAP-ın BSU üzrə sədri Sevinc Axundova partiyaya yeni üzv olan tələbələrə üzvlük vəsiqələrini təqdim edib.