BSU-da “A Highly Effective Teacher” adlı elmi seminar keçirilib

   

     Aprelin 24-də Bakı Slavyan Universitetində (BSU) Xarici dillər kafedrasının aparıcı baş müəllimi Hicran Hüseynova tərəfindən “A Highly Effective Teacher” adlı elmi seminar keçirilib.

     İngilis dilində aparılan seminarda Xarici dillər kafedrasının müdiri, dosent Günay Babayeva, kafedranın əməkdaşları və tələbələr iştirak ediblər.

   Seminar zamanı əsl müəllimin malik olduğu xususiyyətlər, müəllimin ideal xarakteristikası, kurikulum və qiymətləndirmənin müntəzəm olaraq dəyişməsi problemləri və başqa suallar ətrafında müzarirələr aparılıb.

BSU-nun mətbuat xidməti