BSU-nun magistrləri internat məktəbində görüş keçiriblər  

                 

    Yanvarın 10-da Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin təşkilatçılığı ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 2 nömrəli ümumi orta internat məktəbində valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüş keçirilib.

     Görüşdə şöbənin dekanı, dosent Sevinc Abışova və magistrantlar iştirak ediblər.

    Təşkilatçılar valideyn himayəsindən məhrum olan 160 uşaqla maraqlı söhbətlər aparıb, gələcəyə dair bir sıra məsləhətlər veriblər. Uşaqları yeni il münasibətilə təbrik edən magistrantlar onlara hədiyyələr bağışlayıblar.

   Sevinc Abışova görüşə şərait yaratdıqlarına görə internat məktəbinin direktor müavini Nizami Əsgərova və Dilarə Məşədiyevaya təşəkkürünü bildirib.

                                                                                     BSU-nun mətbuat xidməti