BSU-nun doktorantları beynəlxalq aksiyada qalib olublar

          

    Bakı Slavyan Universiteti bir çox beynəlxalq tədbirlərin fəal ishtirakçısıdır. BSU- nun bir qrup doktorantı elmi işlər üzrə prorektor, professor Rafiq Novruzovun təşkilatçılığı ilə "Cografiya üzrə imla" adlı beynəlxalq təhsil aksiyasına qoşulublar.

    Ümumrusiya ictimai təşkilatı olan Rus Cografiya Cəmiyyəti tərəfindən keçirilən aksiya M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında gerçəkləşdirilib. Aksiyada BSU-nun doktorantları Kəmalə Umudova, İlyas Hüseynov, Fərqanə İsayeva və başqaları yaxından iştirak edib, yazılı imladan öncə keçirilən viktorinada qaliblər sirasına öz imzalarını atıblar.

 

BSU-nun mətbuat xidməti