05.06.2017 Bədii yaradıcılıq festivalında BSU-nun "Arzu" rəqs ansamblı III yer tutub

    

   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ali, orta ilk peşə təhsili müəssisələrinin şagird və tələbələrinin milli rəqslər üzrə rəqs kollektivləri arasında keçirilən bədii yaradıcılıq festivalında BSU-nun "Arzu" rəqs ansamblı III yer tutub.

     İyunun 5-də tərbiyə işləri üzrə prorektor Xanım Sultanova ansamblın üzvlərinə diplomlar təqdim edib, tələbələrimizə uğurlar arzulayıb.