Ağacəkmə aksiyası

      

    Noyabrın 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi və Bakı Slavyan Universitetinin (BSU) təşəbbüsü ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilib.

    Tədbirdə universitetin 150 tələbəsi və 20-ə yaxın müəllimi iştirak edib. Tələbələr qısa müddət ərzində təyin edilmiş ərazidə 150 ədəd küknar ağacı əkiblər. Qərara alınıb ki, həmin ağaclara gələcəkdə də BSU kollektivi qulluq etsin.

    Tələbələrin müəyyən edilmiş əraziyə gedib-gəlməsini “Xaliq Faiqoğlu” şirkəti təmənnasız təmin edib.

BSU-nun Mətbuat xidməti