TƏRCÜMƏ VƏ LEKSİKOQRAFİYA BÖLMƏSİ

       Təhsil Nazirliyinin 8 sentyabr 2003-cü il tarixli, 777 saylı əmrinə əsasən BSU-da 10 sentyabr 2003-cü il tarixindən  «Tərcümə problemləri» elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Laboratoriyanın fəaliyyəti əsasən beş istiqamətdə qurulmuşdur. «Filoloqun kitabxanası–100», «Türkologiya», «Dünya nəsri» və «Azərbaycanşünaslıq» seriyalarından əsərlərin seçilməsi, tərcümələrinin təşkil edilməsi, tərcümələrin yığılıb, redaktə olunub çapa verilməsi və Azərbaycan Tərcümə Ensiklopediyasının çapa hazırlanması laboratoriya qarşısında duran əsas məsələlərdir.

        Laboratoriyanın yaranmasından bəri «Filoloqun kitabxanası–100», «Türkologiya», «Dünya nəsri» və «Azərbaycanşünaslıq» seriyalarından bir sıra kitablar Azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilmişdir: «Dostoyevski poetikasının problemləri» (M.Baxtin, 2005), «Ümumi dilçiliyə giriş» (E. Koseriu, 2006), «Dil və təfəkkür» (Noam Xomski, 2006), «Mifin məntiqi» (Y.E. Qolosovker, 2006), «Hilyətül-insan və həlbətül-lisan» (Seyid Əhməd Cəmaləddin İbn Mühənna, 2008), «Seçilmiş əsərləri» (Əhməd Cəfəroğlu, 2008), «Ədəbiyyatda Nobel mükafatı laureatları» (Vilayət Quliyev, 2009), «Cəviz ləpəsi» (Lev Anninski, 2011), «Qədim Yunanıstanın mifləri və əfsanələri» (N.A.Kun, 2012), Cavad Heyət təqdim edir: Bertran Rassel «Qərb fəlsəfəsi tarixi» (2012), «Tarix şumerdə başlayır» (Samuel N. Kramer, 2012), «Faşizm» (Jelyu Jelev, 2005), «Süddə çəpiş» (Yuri Polyakov, 2006), «Hekayələr» (Boris Yevseyev, 2008), «Azərbaycan – Kavkaz pələngi» (İvan Palçev, 2009), «Azərbaycanın yolgöstərəni» (Əlimərdan bəy Topçubaşov, 2010).

       Həmçinin bu illər ərzində Azərbaycan Tərcümə Ensiklopediyası-nın hazırlanması istiqamətində böyük iş aparılmış və 2016-cı ildə ATE çapa verilmişdir. Bu ensiklopediyada Azərbaycanda tərcümə sənəti və onun tarixi haqqında ətraflı məlumat verilmiş, Azərbaycan tərcüməçilərinin həyatı və yaradıcılığı təsvir olunmuşdur.