TƏRCÜMƏ FAKÜLTƏSİ

Nurlana Nağıyeva –  rcümə fakültəsinin dekanı, dosent

Nurlana Aşır qızı Nağıyeva 1978-ci il may ayının 30-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1998-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda ( indiki BSU) bakalavriat səviyyəsini fərqlənmə diplomu ilə , 2000-ci ildə isə magistr  səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2000-2001-ci illərdə BSU-nun Ümumi dilçilik kafedrasında baş laborant,  2001-ci ildən Tərcümə nəzəriyyəsi və praktikası kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2004-2008-ci illərdə Regionşünaslıq və Tərcümə fakültəsində tərbiyə işləri üzrə dekan müavini işləyib. 2005-ci ildə “Передача устойчивых словесных комплексов экспрессивного характера в переводах художественной прозы” (“Bədii nəsr tərcümələrində ekspressiv xarakterli sabit söz komplekslərinin verilməsi”) mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 2006-ci ildən filologiya üzrə fəlsəfə doktorudur. 40-dan çox elmi məqalənin, 2 dərs vəsaitinin həmmüəllifidir.

17 fevral 2022-ci il tarixindən Tərcümə fakültəsinin dekanı vəzifəsində çalışır.

Kafedralar