Xarici dili müəllimliyi fakültəsi

Güney Asif qızı Məhərrəmova-Ağayeva- Xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent

Güney Asif qızı Məhərrəmova-Ağayeva 14 May 1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-2001-ci illərdə Mirzə Fətəli Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki BSU) Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisasında təhsil alıb. 2001-2003-cü illərdə Bakı Slavyan Universitetində magistr dərəcəsi alıb. İlk əmək fəaliyyətinə BSU-nun Rus dili fonetikası kafedrasının laborantı olaraq başlayıb. Ümumi dilçilik və rus dilçiliyi kafedrasının müəllim stajoru, Ümumi və rus dilçiliyi kafedrasının 0,5 ştat müəllimi, daha sonra həmin kafedranın baş müəllimi, Azərbaycanda Rus dili və Ədəbiyyatı Jurnalının Kommersiya direktoru, Ümumi və rus dilçiliyi kafedrasının dosenti, Elmi nəşrlər şöbəsinin müdiri, Ümumi dilçilik kafedrasının 0,5 ştat vahidi dosenti, Praktik Rus dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışıb.

31 may 2023-cü il tarixindən Xarici dil müəllimliyi fakültəsinin dekanı vəzifəsində çalışır.

Xarici dil müəllimliyi fakültəsində 1077 tələbə təhsil alır. Fakültənin nəzdində 5 kafedra fəaliyyət göstərir:

1. Praktik rus dili və onun tədrisi metodikası

2. Rus ədəbiyyatı tarixi

3. Alman filologiyası

4. İngilis filologiyası

5. Roman filologiyası 

Kafedralar