Əcnəbi tələbələrlə iş üzrə dekanlıq

      

      Bakı Slavyan Universitetinə əcnəbi vətəndaşların qəbulu 1991-ci ildən aparılır. Bu gün universitetimizdə 200-ə yaxın əcnəbi tələbə təhsil alır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2016-cı ilə olan məlumatına əsasən, əcnəbi vətandaşların sayına görə Bakı Slavyan Universiteti ölkə ali təhsil müəssisələrinin ilk onluğuna daxildir. Hal-hazırda Bakı Slavyan Universitetində Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Çin, İran, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Vyetnam, Suriya, Makedoniya, Gürcüstan, Hindistan və s. ölkələrin vətəndaşları fərqli ixtisaslar üzrə müxtəlif təhsil pillələrində – hazırlıq, bakalavr, magistratura və doktorantura təhsili alırlar. Əcnəbi tələbələr müxtəlif beynəlxalq və respublika əhəmiyyətli konfranslarda, elmi dərnəklərdə, tələbə teatrında və idman bölmələrində fəal iştirak edirlər.

     Universitetdə tədris Azərbaycan və Rus dillərində, əyani və qiyabi formalarda aparılır. Əcnəbi tələbələr üçün təhsil ödənişlidir.Təhsil haqqı əvvəlcədən, tədris ilin əvvəlində ödənilir. 

     Əcnəbi tələbələrlə iş üzrə dekanlıq 3 aprel 2008-ci ildə yaradılmışdır. Dekanlıq əcnəbi vətəndaşları Bakı Slavyan Universitetinə hazırlıq, bakalavr, maqistratura və doktorantura pillələri üzrəəyanı və qiyabi formada qəbulunu təşkil edir və tədris prosesinə nəzarəti həyata keçirir.

 

Əcnəbi tələbələrlə iş üzrə dekanlığın əsas fəaliyyət istiqamətləri:

• Əcnəbilərin sənədlərinin qəbulu və universitetə daxil olmaları işinin təşkili.

• Əcnəbi tələbələrin qeydiyyat, viza və s. huquqi məsələlərinintəşkili.

• Əcnəbi dinləyicilər üçün Hazırlıq şöbəsində tədris prosesinin təşkili.

• Bakı Slavyan Universitetinin əsas fakültələrində təhsil alan əcnəbi tələbələrin tədris prosesinin koordinasiyası.

• Əcnəbi tələbələrlə mədəni-maarif və idman-sağlamlıq işlərinin təşkili.

• Əcnəbi tələbələrin yerləşmələrinin (yataqxanada) və asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili.

 

Əcnəbi tələbələrin viza və qeydiyyat qaydaları

Əcnəbi tələbələrin yataqxanada yerləşdirilməsi

Əcnəbi vətəndaşlar üçün Hazırlıq şöbəsi

Əcnəbi tələbələr üçün təklif olunan fakültələr və ixtisaslar

 

 

Əlaqə:

Ünvan: Azərbaycan, Bakı, S.Rüstəm 33
Tel.: +99412 599-08-70 (115)
E-mail: intstudent@bsu-uni.edu.az

Facebook səhifəsi

WEB səhifə

Geolokasiya

İş vaxtı: Bazar ertəsi – Cümə

08.00 – 18.00

Kafedralar