TƏCRÜBƏ VƏ MƏZUNLARIN KARYERA İNKİŞAFI ŞÖBƏSİ

       

      Bakı Slavyan Universitetinin Təcrübə və məzunların karyera inkişafı şöbəsi “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası məqsədilə təsdiq olunmuş “Fəaliyyət Planı”nın, müvafiq təhsil qanunvericilik aktlarının, elecə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin, məzun və karyera şöbələrinin təşkilinin vacibliyi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyə məktubunun, universitet Nizamnaməsinin, “2017-2022-ci illərdə BSU-nun İnkişaf konsepsiyası”nın müvafiq bəndlərinin tələbələri gözlənilməklə yaradılmışdır.

     Şöbənin qarşısında duran əsas vəzifələr aşağıdakılardır:

- müvafiq əsasnaməyə və tədris planlarına uyğun olaraq bakalavriat və magistratura səviyyələrində universitet tələbələrinin istehsalat və pedaqoji təcrübələrinin təşkil etmək;

- universitetin əmək bazarı ilə münasibətlərini qurmaq və onları tənzimləmək, inkişaf etdirmək;

- universitetlə müxtəlif müəssisələr arasında danışıqlar aparmaq, onların arasında bağlanılacaq müqavilələri hazırlamaq;

- universitet ixtisaslarının reklam edilməsi və məzunlarımızın işlə təmin edilməsi məqsədilə görüşlər, sərgi və yarmarkalar təşkil etmək;

- şöbənin cari və perspektiv fəaliyyət planları hazırlayıb rektorluğa təqdim etmək.

      Şöbə iş planının yerinə yetirilməsi barədə ildə bir dəfədən az olmayaraq Universitet Elmi Şurasına  hesabat verir.                                     

    Biz yerli və xarici tərəfdaşlarımızla əməkdaşlığımızı davam etdirir, bizim tələbə gənclərimizə biganə qalmayan elm-təhsil, mədəniyyət və təşkilatlarla yeni əlaqələr qururuq.