ƏCNƏBİ VƏTƏNDAŞLAR ÜÇÜN HAZIRLIQ ŞÖBƏSİ

ƏCNƏBİ VƏTƏNDAŞLAR ÜÇÜN HAZIRLIQ ŞÖBƏSİ

Hazırlıq şöbəsinin məqsədi əcnəbi vətəndaşların humanitar yönümlü ali təhsil müəssisələrinə qəbulu üçün Azərbaycan, İnqilis və ya Rus dilinin öyrədilməsidir.

  • Tədris ilinin sonunda buraxılış imtahanların müvəffəqiyyətlə vermiş dinləyicilərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən şəhadətnamə verilir

  • Dərslər tədris ili ərzində hər iş günü, gündə 6-8 akademik saat olmaqla keçirilir

  • 2022/2023-ci tədris ilində illik təhsil haqqı - 1000 AZN

  • Əcnəbilər üçün hazırlıq şöbəsinin dinləyiciləri Bakı Slavyan Universitetində təhsil alan yerli tələbələrlə eyni hüquq və imkanlara malikdirlər (kitabxanalardan və idman zalından istifadə, yataqxanada yerləşdirilmə, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsilə təmin olunma və s.).