Tələb olunan sənədlər və qeydiyyat tarixləri

QƏBUL ÜÇÜN 4 ADDIM

1. www.portal.edu.az saytında təhsil proqramını seçin və qeydiyyatdan keçin

2. Universitetdən təsdiq məktubunuzu alın

3. Universitet rəsmiləri ilə əlaqə saxlayın və immiqrasiya prosedurları, Bakıda yaşamaq və tibbi sığorta haqqında məlumatı əldə edin 4. Tələbə vizasını www.evisa.gov.az vasitəsilə əldə edin

 

TƏLƏB OLUNAN SƏNƏDLƏR (BÜTÜN TƏHSİL SƏVİYYƏLƏRİ ÜÇÜN)

1. Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri)

2. Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış

3. Beynəlxalq pasport və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti.

 

2023/2024 TƏDRİS İLİ ÜÇÜN MÜRACİƏT TARİXLƏRİ

01 iyun 2023- 15 sentyabr 2023

ƏLAQƏ instudent@bsu-uni.edu.az +99412 599 08 69 Azərbaycan, Bakı, S. Rüstəm küç.33, 1014