Gənc Jurnalistlər Klubu

     Klubun əsas məqsədi fərqli ixtisaslar üzrə təhsil alan, jurnalist peşəsinə həvəsi olan tələbələrin jurnalistikaya gəlmələrinə yardımçı olmaq, onları bu peşə ilə bağlı maarifləndirməkdir.  Həvəskar tələbələrə  jurnalistikanın sirlərini - nəzəriyyə və təcrübəsini öyrətmək üçün praktiki şərait yaratmaqdır. Bundan əlavə radio və telekanallarla ilkin tanışlıq, eləcə də xəbər portallarında, saytlarda işlə təmin olunmalarına köməklik göstərməkdir.

·       8 dekabr 2016-ci ildə “Gənc jurnalistlər klubu”nun idarə heyəti tələbələrlə ilk görüşünü keçirib. Görüşdə əməkdar jurnalist prof. Flora Naciyeva, “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədov və BSU-nun Jurnalistika kafedrasının dosenti Dürdanə Tahirova iştirak ediblər. Onlar jurnalistikaya həvəsi olan  tələbələrə bu peşənin sirləri ilə bağlı öz tövsiyələrini veriblər.