Xarici Tələbələrlə dostluq Klubu BSU-da Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərir. Klubun əsas məqsədi xarici universitetlər, eləcə də xarici tələbələrlə dostluq əlaqələrini genişləndirmək, onlayn (distant) elmi-praktik konfransları təşkil etmək, bu istiqamətdə ölkədaxili və ölkəxarici təcrübə mübadiləsi aparmaq, fəaliyyəti koordinasiya etməkdir.
· 5 dekabr 2016-cı ildə Klub Beynəlxalq Əlillər gününə həsr olunmuş ''Qəhrəmanlar əbədidir" adlı tədbir keçirib. Tədbirə Müharibə, əmək, silahlı qüvvələr veteranları təşkilatının sədr müavini Cəlil Xəlilov, Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri Adil Haqverdiyev, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səidə Abdullayeva dəvət olunublar. Tədbirdə Klub üzvlərinə təltifnamələr verilib.