Tələbə Pxisoloqlar Klubu psixoloji elmin müasir imkanlarından bəhrələnərək, tələbələrin müsbət şəxsi inkişafını, onların öz qabiliyyətlərini, potensial imkanlarının həyata keçirilməsinin təmin olunmasını nəzərdə tutaraq, BSU-nun Pedaqoji fakültəsinin tabeliyində yaradılıb. Klubun məqsədi psixoloji baxımdan tələbələr arasında əlaqələrin gücləndirilməsi, qrup şəklində işləmək qabiliyyətinin inkişafı və psixoloji maarifləndirmə işlərinin aparılmasına nail olmaqdır.
· 6 dekabr 2016-cı ildə Tələbə psixoloqlar klubu “Diqqət əskikliyinin pozuntusunun diaqnostikası və korreksiyası” mövzusunda treninq-seminar təşkil edib.
· 3 aprel 2017-ci ildə Tələbə Pxisoloqlar Klubunun təşkilatçılığı ilə BSU 2 Aprel - Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr edilmiş aksiya keçirilib. Pedaqoji fakültənin tələbələri tənəffüs zamanı müəllim və tələbələrə autizm barədə broşürlər paylayıblar. Broşürlərdə autizmin yaranma səbəbləri, xarakterik cəhətləri və autizm sindromlu insanlarla davranış qaydaları öz əksini tapıb. Autizm sindromlu uşaqlar hansısa bir uşaqdan nə pis, nə də ki yaxşıdır, onlar sadəcə fərqlidirlər. Onları sevək!