Gənc Diplomatlar Klubu

Klub əvvəllər Diplomatiya və Xarici siyasət kafedrasının nəzdində dərnək kimi fəaliyyət göstərib. 21 oktyabr 2016-ci il tarixində klub kimi fəalliyətə başlayıb. Klub BSU-da təhsil alan gənc diplomatların elmi fəaliyyətinin təşkilinə yardım edilməsi üçün yaradılan təşkilatdır. Klubun fəaliyyəti elm və təhsil sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, BSU  Nizamnaməsi ilə tənzimlənir. Klubun əsas məqsədi gənc diplomatların siyasi və peşəkarlıq səviyyələrinin yüksədilməsi,  dünyada, eləcə də  ölkəmizdə aktual siyasi problemlərin  müzakirəsini aparmaqdır. Klub təşkil olunan seminarlarda, konfranslarda BSU-nun ayrı–ayrı fakültələrində təhsil alan  tələbələrin iştirakını koordinasiya edir. Digər ali təhsil müəssisələri ilə əlaqə yaradır, birlikdə tədbirlər təşkil edirlər.

·       12 noyabr 2016-cı ildə  “Gənc diplomatlar klubu”nun Yaponiya səfiri Tsuquo Takahaşi  ilə görüşü keçirilib.