Tələbə Xeyriyyə Fondu

Tələbə Xeyriyyə Fondu 8oktyabr 2013-ildə BSU-nun böyük elmi şurasında təsdiq olunmuş tələbə təşkilatıdır. Təşkilatın əsas məqsədi  maddi və mənəvi köməyə ehtiyacı olan tələbələrə dəstək olmaq, tələbələrin diqqətini sosial və xeyriyyə işlərinə yönəltmək,  kimsəsiz insanların qorunması, valideyn himayəsindən məhrum olmuş uşaqların və yeniyetmələrin maariflənməsi istiqamətində tədbirlərin, seminarların  təşkilini həyata keçirməkdir. Məhz bu məqsədlə Ümid Uşaq  Evi ilə birgə il ərzində hər şənbə tələbələrimiz könüllü şəkildə kurslar (İbtidai sinifə hazırlıq, rus dili, ingilis dili, rəssamlıq) təşkil edir.

·       7 oktyabr 2016-cı ildə  BSU Tələbə Xeyriyyə Fondunun sədri Məmmədəli Həsənov I kurs tələbələri ilə görüş keçirib.

·      14 oktyabr 2016-cı ildə BSU Tələbə Xeyriyyə Fondu Pedaqoji fakültənin 1-ci kurs tələbələri ilə birlikdə “Ümid yeri” uşaq evində olublar.

·       15 oktyabr 2016-cı ildə  BSU Tələbə Xeyriyyə Fondu Tələbə Həmkarlar Təşkilatının fəal üzvləri ilə birlikdə “Ümid yeri” uşaq evində olublar.

·       21 oktyabr 2016-cı ildə  BSU Tələbə Xeyriyyə Fondu Filologiya fakültəsinin 1-ci kurs tələbələri ilə birlikdə “Ümid yeri” uşaq evində olublar.

·       22 oktyabr 2016-cı ildə  BSU Tələbə Xeyriyyə Fondu BM və Regionşünaslıq və Tər­cü­mə  fakültəsinin 1-ci kurs tə­lə­bə­lə­ri ilə birlikdə “Ümid yeri” uşaq evində  olublar.