ELAN

BAKI  SLAVYAN  UNİVERSİTETİ


202
4-cü il üçün doktoranturaya və dissertanturaya fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə qəbul elan edir:

 

 

 

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçən vətəndaşların sənədləri ali təhsil müəssisəsi üzrə təyin edilmiş məsul şəxs və Doktorantura təhsili və tədqiqatların təşkili şöbəsinin əməkdaşı tərəfindən yoxlanılıb təsdiq edilməlidir.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi 16 aprel 2024-cü il tarixindən başlayacaq və 15 may 2024-cü ilədək davam edəcəkdir. DİM-də Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslər (fəlsəfə doktoru proqramı üzrə müraciət edən iddiaçılar) növbəti mərhələlərə buraxılacaqlar. Fəlsəfə fənni üzrə (yalnız fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd verən iddiaçılar) imtahan 2, 3, 4  sentyabr 2023-cü il tarixlərində, ixtisas imtahanı isə 9, 10, 11 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.

 

Əlaqə üçün:

Ünvan: AZ 1014, S.Rüstəm, 33

Tel: +994 (12) 5990870 (daxili: 213)

Elektron ünvan: doktorantura@bsu-uni.edu.az