ELAN

Rumıniyanın Alexandru Ioan Cuza Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində 20-24 may tarixlərində Bakı Slavyan Universitetinin inzibati heyəti üçün (1 nəfər ) Erasmus+ təqaüd proqramına qəbulu açıq elan edir. 

Müraciət etmək istəyən BSU əməkdaşları aşağıdakı sənədləri şöbənin elektron poçt ünvanına (gunel.hesenova@bsu-uni.edu.az ) təqdim edə bilər:

  • pasportun nüsxəsi;
  • CV;
  • İş yerindən arayış;
  • təlim mobilliyi müqaviləsi (yuxarıda göstərilmiş elektron poçt ünvanı vasitəsi ilə formanı əldə etmək mümkündür).

Sənədlərin təqdim olunması üçün son tarix: 07.04.2024.

Seçim müsabiqə yolu ilə aparılacaq və müvafiq namizədlə 9 aprel tarixində əlaqə saxlanılacaq. 

Qeyd: Xahiş edirik yalnız ingilis dili biliyi B2 səviyyəsində olanlar müraciət etsinlər.