ELAN

2 və 3 may 2024-cü il tarixlərində Bakı Slavyan Universitetində  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və  beynəlmiləlləşmə” XV Beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.

Konfransın regional bölməsi 20 may 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birlikdə Quba şəhərində təşkil olunacaqdır. 

Ənənəvi olaraq bu konfrans tədqiqatçıların mədəniyyət, multikulturalizm, filologiya, iqtisadiyyat, hüquq, siyasət və sosial elmlərin digər sahələri üzrə  müzakirə platformasına çevrilmişdir.  

Konfransın istiqamətləri:

1. Qərbi Azərbaycanda təhsil və maarifçilik məsələləri. 

2. Qərbi Azərbaycan tarixi-mədəni kontekstdə. 

3. Multikultural cəmiyyətlər: Azərbaycan modeli. 

4. Yeni dövrün çağırışları: gələcək üçün konturlar. 

5. Qarabağ və Şərqi Zəngəzur: Cənubi Qafqazın gələcəyi. 

6. COP29: İqlim üzrə beynəlxalq əməkdaşlıqda Azərbaycanın artan rolu. 

7. Qloballaşan dünyada Azərbaycanın iqtisadiyyatı və hüquq sistemi. 

8. Müasir dövrün filoloji təmayülləri (Regional bölmə)

 

Konfransda iştirak və tezislərin tərtibi qaydaları ilə bağlı ətraflı məlumatı aşağıdakı linkə keçid edərək  əldə edə bilərsiniz:

Azərbaycanşünaslıq2024-Məlumat.pdf

 Türkçe Azərbaycanşünaslıq2024-Məlumat.pdf

Azərbaycanşünaslıq2024-rus dilinde məlumat.pdf

Azerbaycanshunasliq_İNGİLİS DİLİNDƏ.pdf