ELAN

 

 

16 aprel tarixində Bakı Slavyan Universitetində “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransın regional bölməsi 19 aprel tarixində Bakı Dövlət Universiteti ilə birlikdə Qazax şəhərində təşkil olunacaqdır.

Konfransın məqsədi inklüziv təhsilin təşkilində ali təhsil müəssisələrinin qarşısında duran məsələlər, məzmun və təlim texnologiyaları, səriştə əsaslı kadr hazırlığı istiqamətində yerli və beynəlxalq təcrübələrin öyrənilməsi və müzakirəsi platformasının yaradılmasıdır.

 

Konfransın istiqamətləri:

· İnklüziv təhsil: məzmun və təlim məsələləri.

· İnklüziv təhsil beynəlxalq təcrübədə.

· Müasir cəmiyyətlərin inklüziv potensialı: təhsil və əmək bazarı.

 

Qeydiyyat və məqalə qəbulu: inclusion@bsu-uni.edu.az

 

Əlaqə: +994 12 599-08-70 (318)

+994 50 200-13-30

 

 

Konfransda iştirak və tezislərin tərtibi qaydaları ilə bağlı ətraflı məlumatı aşağıdakı linklərə keçid edərək  əldə edə bilərsiniz:

Beynəlxalq elmi-praktik konfrans “İNKLÜZİV TƏHSİLDƏN İNKLÜZİV CƏMİYYƏTƏ” (İTİC-2024).pdf

Inclusive Education II Conference (AZERBAIJAN).pdf

ПИСЬМО-КОНФЕРЕНЦИЯ-ИНКЛЮЗИВНОЕ ОБРАЗОВАНИЕ-АЗЕРБАЙДЖАН.pdfNKLÜZİV TƏHSİLDƏN İNKLÜZİV CƏMİYYƏTƏ” (İTİC-2024).pdf