ELAN

Bakı Slavyan Universiteti “Lift bələdçisi” vəzifəsi üzrə vakansiya elan edir

         

Vəzifə öhdəlikləri: 

Lift bələdçisi lift qurğusunun istismarı və təhlükəsizlik qaydalarını bilməli, eləcə də sərnişinləri və ya yükləri müşayiət edərkən liftin nominal yükgötürmə qabiliyyətinə uyğun sərnişlərin minməsinə və çıxmasına, və ya yükün yüklənməsinə və boşaldılmasına nəzarət etməli, dayanmış lift vaqonundan sərnişinlərin evakuasiyasını həyata keçirməlidir. Həmçinin, liftin işində nasazıqlar aşkar edildikdə onun dayandırılması, xırda nasazıqların aradan qaldırılması və ya növbətçi elektrik ustasına məlumat verilməsini təmin etməlidir.

 

 Tələb olunan təhsil, təcrübə və bacarıqlar: 

Orta-ixtisas təhsil (Lift təmiri, Elektrik qaldırıcılarına (liftlərə) xidmət, Lift üzrə elektromexanik, Lift təmiri Elektrik qaldırıcılarının (liftlərin) quraşdırıcısı); 

Təchizat və təsərrüfat sahələri  üzrə 1 il iş təcrübəsi;

Azərbaycan dilini əla səviyyədə bilməli; 

Dürüst və məsuliyyətli. 

 

Digər şərtlər: 

Təchizat və təsərrüfat sahələri üzrə iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək;

Yaş həddi: 30- 45 yaş;

Əmək haqqı: İş bacarığı nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur;

İş rejimi: 5 günlük iş həftəsi.

 

CV-lərin göndərilməsinin son tarixi: 29 dekabr 2023-cü il

Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.CV-lər azərbaycan dilində, mail-da mövzu qismində “Lift bələdçisi” qeyd olunaraq “hr@bsu-uni.edu.az” ünvanına göndərilməlidir.