ELAN

 
16 oktyabr tarixində BSU-nun “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi çərçivəsində Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini “IB mission, IB learning & assessment” mövzusunda təlim keçəcək.
 
İngilis dilində keçiriləcək təlimdə BSU-nun gənc müəllimləri, müvafiq ixtisaslar üzrə bakalavriatın III və IV il tələbələri və magistrantları iştirak edəcəklər.
 
Layihənin əsas məqsədi - ölkəmizdə beynəlxalq təlim proqramları üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində (IB, A-level, IPC və s.) çalışmaq üçün kadr hazırlığına dəstək verməkdən ibarətdir.
 
Davamlı olacaq bu layihəyə beynəlxalq təhsil proqramları sahəsində ən qabaqcıl təcrübəyə malik olan yerli və xarici ekspertlər cəlb olunacaq.