ELAN

BAKI SLAVYAN UNİVERSİTETİNİN MAGİSTRATURA SƏVİYYƏSİNƏ QƏBUL OLAN BAKALAVRLARIN NƏZƏRİNƏ!

2023-2024-cü tədris ilində Bakı Slavyan Universitetinin Magistratura təhsil səviyyəsinə qəbul olunmuş bakalavrların qeydiyyatı başlanılıb.

Magistraturaya qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

✅Qeydiyyat keçmək üçün Portala aşağıdakı sənədləri elektron formada daxil etmək tələb olunur:
✅Şəxsiyyət vəsiqəsi (PDF);
✅ Universiteti bitirmə haqqında arayış (cari ilin məzunlar üçün) (PDF);
✅Bakalavr diplomu və diplom əlavəsi - (əvvəlki illərin məzunları üçün) (PDF);
✅Bakalavrların magistratura qəbul imtahanının nəticəsi barədə məlumat (dim.gov.az) (PDF);
✅Təhsil haqqı qəbzinin surəti - (ödənişli təhsil alanlar üçün) (PDF);
✅3x4- 6 ədəd şəkil (PDF);
✅Tibbi arayış – forma 086.
✅Əlaqə telefon nömrəsi: (ev və mobil);

 Qeyd: Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.