BSU-da "Heydər Əliyev İli" çərçivəsində beynəlxalq elmi konfrans keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr sərəncamından və “Tədbirlər planın”dan irəli gələn vəzifələrə uyğun olaraq, Bakı Slavyan Universiteti silsilə tədbirlər təşkil edir.

Bu tədbirlər çərçivəsində 04-05 may 2023-cü il tarixlərində “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Beynəlxalq elmi konfransda dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri o cümlədən gənc tədqiqatçılar, həmçinin respublikanın müxtəlif ali təhsil ocaqları və elmi tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.

Konfransda 14 bölmədə 552 məruzə dinləniləcək.