ELAN

Bakı Slavyan Universiteti 2 iyun 2023-cü il tarixində “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı II Respublika elmi-praktik konfrans keçirəcəkdir.

 

Konfransın istiqamətləri:

· İnklüziv təhsil müəlliminin peşəkar profili, təlim modelləri və təlim proqramları.

· İnklüziv təhsilin şəbəkələşməsi: məktəbəqədər, ümumi və peşə təhsilində uğurlu təcrübələr.

· Müasir cəmiyyətin inklüziv potensialı: təhsil və əmək bazarı.

· İnklüziv təhsil mühitinin layihələşdirilməsi və universal öyrənmə dizaynı.

· İnklüziv təhsil mühitinin inkişafı üçün təhsil müəssisələrinin Qeyri Hökümət Təşkilatlarla şəbəkə qarşılıqlı əlaqələrinin inkişafı.

 

Tezislərin göndərilməsinin son tarixi 5 may 2023-cü il

 

Tezislərin tərtibi qaydaları:

▪ Azərbaycan, türk, ingilis və rus dillərindən birində yazılması və elektron formada təqdim edilməsi:

· təqdim olunan tezislərin əvvəllər çap olunmaması;

· mövzunun konfransın istiqamətlərindən birinə uyğun olması;

· mövzunun aktual və orijinal olması;

· nəticələrin elmi və praktik əhəmiyyət daşıması;

· elmi üslubda və səhvsiz yazılması;

· təqdim olunan tezislərin mətninin maksimum 3 səhifə olması

· hər bir tezisin yazıldığı dildən başqa iki dildə xülasənin və açar sözlərin olması;

· xülasələrin 200 işarəyə, Times New Roman, 10 şrift, sətirlərarası məsafə - 1.15 formatında yazılması;

· 5 sözdən ibarət açar sözün verilməsi (açar sözlərin müvafiq xülasələrin sonunda göstərilməsi);

· xülasədə irəli sürülən başlıca elmi müddəaların, tədqiqatdan alınan nəticələrin öz əksini tapması;

· mətnin əvvəlində mövzunun adı (vərəqin mərkəzində), onun altında sağda isə müəllifin soyadı, adı, iş yeri, elmi dərəcəsi, elmi adı, tutduğu vəzifə, elektron ünvanının yazılması;

· tezislərin Microsoft Word fayl formatında hazırlanması, səhifə ölçülərinin isə sol kənar –2.5 sm, sağ kənar 1.5 sm, alt və üst – 2.0 sm şəklində olması;

· tezisin əsas mətn hissəsinin Times New Roman, 12 şrift, sətirlərarası məsafə - 1.5 olması;

· tezisdə əsas başlıqların Times New Roman, 12 şriftilə böyük, qalın, alt başlıqları isə Times New Roman, 12 şrifti ilə başlığın ilk hərfi böyük, qalın yazılması;

· tezislər konfransın İşçi qrupu tərəfindən dəyərləndiriləcəkdir. Qəbul olunan tezislərin müəllifinə elanda göstərilən vaxtda qəbul məktubu göndəriləcəkdir.

· istifadə edilmiş ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir.

 

Konfransda yalnız məruzə ilə çıxış edən şəxslərin materialları (tezisləri) çap olunacaqdır.

 

Tezisin göndəriləcəyi ünvan: Bakı şəhəri, Süleyman Rüstəm küçəsi 33 Elektron formada: inkluzivkonfrans@mail.ru

Əlaqə telefonu: (012)4402770