ELAN

BAKI  SLAVYAN  UNİVERSİTETİ

Doktorantura və dissertanturaya qəbul üçün portalda yerləşdirilməsi tələb olunan sənədlərin siyahısı

Doktorantura və dissertanturaya qəbul üçün portalda yerləşdirilməsi tələb olunan sənədlərin siyahısı

Fəlsəfə doktoru proqramı üzrə:

Kadrların şəxsi-qeydiyyat vərəqi

Tərcümeyi-hal

İş yerindən xasiyyətnamə (möhürlənmiş şəkildə)

Ali təhsil müəssisəsini bitirmək haqqında diplomların notarial qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının     vətəndaşları  təhsil  sənədlərinin tanınması haqqında şəhadətnamə) –Bakı Slavyan Universitetinin məzunlarının diplomu notarial təsdiq edilməyə bilər.

İş stajı olanlar - əmək kitabçasının surəti (möhürlənmiş şəkildə), əmək fəaliyyəti ilə məşğul olmayanlar isə yaşayış yerindən arayış 

Çap olunmuş elmi əsərlərin siyahısı (seçilmiş ixtisas üzrə məqalə, məqaləsi olmayan və doktoranturaya sənəd verənlər - seçilmiş ixtisas üzrə  25 səhifəlik referat)

 

Digər sənədlər bölməsində:

Elmi rəhbərin razılıq məktubu (imzalı və möhürlü şəkildə)

Şəxsiyyəti təsdiq edən sənədin surəti

Çap olunmuş elmi əsərlərin siyahısı

İddiaçının malik olduğu sertifikatların (diplomların və s.) surətləri sənədlərə əlavə oluna bilər.

 

Elmlər doktoru proqramı üzrə:

Kadrların şəxsi-qeydiyyat vərəqi

Tərcümeyi-hal


İş yerindən xasiyyətnamə (möhürlənmiş şəkildə)

Ali təhsil müəssisəsini bitirmək haqqında diplomların notarial qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının     vətəndaşları   təhsil   sənədlərinin tanınması haqqında şəhadətnamə) 

Elmlər namizədi (fəlsəfə doktoru)  diplomunun və dosent attestatının (əgər varsa) surəti

İş stajı olanlar - əmək kitabçasının surəti (möhürlənmiş şəkildə), əmək fəaliyyəti ilə məşğul olmayanlar isə - müvafiq arayış   


Çap olunmuş elmi əsərlərin siyahısı (fəlsəfə doktoru olduqdan sonrakı dövrə  aid məqalələr nəzərdə tutulur)

 

Digər sənədlər bölməsində:

Elmi məsləhətçinin razılıq məktubu (imzalı və möhürlü şəkildə)

Şəxsiyyəti təsdiq edən sənədin surəti

Çap olunmuş elmi əsərlərin siyahısı

İddiaçının malik olduğu sertifikatların (diplomların və s.) surətləri sənədlərə əlavə oluna bilər.

 

 

 

Elmi rəhbərin yazılı razılıq nümunəsi

 

BSU-nun Doktorantura təhsili və tədqiqatların təşkili

şöbəsinin müdiri dos. R.M.Tağıyevaya

 

 

Əliyev Əli Əli oğlunun 5901.01 – Beynəlxalq münasibətlər ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasının elmi rəhbəri olmağa razılıq verirəm.

 

 

prof. Ə.Ə.Əliyev