ELAN

BAKI  SLAVYAN  UNİVERSİTETİ   

2023-cü il üçün doktoranturaya və dissertanturaya fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə qəbul elan edir:


 

*Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq.

 

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçən vətəndaşların sənədləri ali təhsil müəssisəsi üzrə təyin edilmiş məsul şəxs və Doktorantura təhsili və tədqiqatların təşkili şöbəsinin əməkdaşı tərəfindən yoxlanılıb təsdiq edilməlidir.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi 12 aprel 2023-cü il tarixindən başlayacaq və 16 may 2023-cü ilədək davam edəcəkdir. DİM-də Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslər (fəlsəfə doktoru proqramı üzrə müraciət edən iddiaçılar) növbəti mərhələlərə buraxılacaqlar. Fəlsəfə fənni üzrə (yalnız fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd verən iddiaçılar) imtahan 4, 5, 6  sentyabr 2023-cü il tarixlərində, ixtisas imtahanı isə 11, 12, 13 sentyabr 2023-cü il tarixlərində keçiriləcək.

   

Əlaqə üçün:

Ünvan: AZ 1014, S.Rüstəm, 33

Tel: +994 (12) 5990870 (daxili: 213)

Elektron ünvan: doktorantura@bsu-uni.edu.az