ELAN

 Bakı Slavyan Universiteti  Hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir

Namizəd bilməlidir:

“Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını; elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; mülki, inzibati və əmək qanunvericiliyini; müqavilələrin tərtibi və bağlanmasını; əməyin mühafizəsi qaydalarını, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Tələblər:

  • Ali hüquq təhsili;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dil biliyi;
  • MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
  • Struktur bölmələrinin əsasnamələri, vəzifə təlimatları, prosedur, proses və müvafiq qaydalarına hüquqi rəy verilməsi. 

Bilik və bacarıqlar:

Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük.
  • İş vaxtı: 09:00-dan -18:00-dək
  • İş yeri: Bakı şəhəri, Süleyman Rüstəm 33
  • Son müraciət tarixi: 10 aprel 2023

Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər azərbaycan dilində, mail-da mövzu qismində “Hüquqşünas” qeyd olunaraq “hr@bsu-uni.edu.az” ünvanına göndərilməlidir.