ELAN

 

4-5 may  2023-cü il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə adlı beynəlxalq  elmi konfrans keçiriləcək.

Konfransın  istiqamətləri:

  1. Heydər Əliyev və Azərbaycanşünaslıq;
  2. Heydər Əliyev şəxsiyyətinin fenomenologiyası;
  3. Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı;
  4. Heydər Əliyev və Azərbaycan elmi;
  5. Heydər Əliyevin tolerantlıq və multikulturalizm siyasəti;
  6. Heydər Əliyev və Azərbaycan mədəniyyəti;
  7. Heydər Əliyev - Azərbaycan dilçiliyi və ədəbiyyatı;
  8. Azərbaycanşünaslıq elm sahələri prizmasında;*
  9. Tədqiqatın beynəlmiləlləşməsi məsələsi;
  10. Qarabağ Azərbaycandır!

 

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus 

           

Konfransın əsas tarixləri

 

Tezislərin göndərilməsinin son tarixi

28 mart 2023-cü il

Konfrans proqramının elan olunması

15  aprel 2023-cü il

Konfransın keçirilməsi tarixi

04 - 05 may 2023-cü il

Tezislərin nəşri

29 may 2023-cü il

Topluda nəşr olunacaq məqalələrin təhvil tarixi

10 iyun 2023-cü il

Toplunun nəşri

20  iyul 2023-cü il

 

 

 Filologiya və mədəniyyətşünaslıq;

Pedaqoji elmlər (pedaqogika, psixologiya, metodika, təhsilin təşkili və planlaşdırılması);

İctimai elmlər (fəlsəfə, tarix, sosiologiya).

 

Tezislərin tərtibi qaydaları:

 

     ▪ Azərbaycan, türk, ingilis və rus dillərindən birində yazılması və elektron formada təqdim edilməsi: conference@bsu-uni.edu.az

  • təqdim olunan tezislərin əvvəllər çap olunmaması;
  • mövzunun konfransın istiqamətlərindən birinə uyğun olması;
  • mövzunun aktual və orijianal olması;
  • tədqiqatın nəticələrinin elmi və praktik əhəmiyyət daşıması;
  • elmi üslubda və səhvsiz yazılması;
  • təqdim olunan tezislərin mətninin maksimum 3 səhifə olması (1500-1600 söz);
  • hər bir tezisin yazıldığı dildən başqa iki dildə xülasənin və açar sözlərin olması;
  • xülasələrin 200 sözə qədər, Times New Roman, 10 şrift, sətirlərarası məsafə - 1.15 formatında yazılması;
  • 5 sözdən ibarət açar sözün verilməsi (açar sözlərin müvafiq xülasələrin sonunda göstərilməsi);
  • xülasədə irəli sürülən başlıca elmi müddəaların, tədqiqatdan alınan nəticələrin öz əksini tapması;
  • mətnin əvvəlində mövzunun adı (vərəqin mərkəzində), onun altında sağda isə  müəllifin soyadı, adı, iş yeri, elmi dərəcəsi, elmi adı,  tutduğu vəzifə, elektron ünvanı yazılması;
  • tezislərin Microsoft Word fayl formatında hazırlanması, səhifə ölçülərinin isə sol kənar – 2.5 sm, sağ kənar 1.5 sm, alt və üst – 2.0 sm şəklində olması;
  • tezisin əsas mətn hissəsinin Times New Roman, 12 şrift, sətirlərarası məsafə - 15 olması;
  • tezisdə əsas başlıqların Times New Roman, 12 şriftilə böyük, qalın, alt başlıqları isə Times New Roman, 12 şrifti ilə başlığın ilk hərfi böyük, qalın yazılması;
  • cədvəl, şəkil və qrafiklərin daxili yazıları, başlıqları və alt şərhləri 1.0 aralıqlı sətirlə, Times New Roman, 10 şriftlə yazılması;
  • tezislər konfransın İşçi qrupu tərəfindən dəyərləndiriləcəkdir. Dəyərləndirmə zamanı tezis
  • qəbul, düzəliş və yaxud imtina oluna bilər.
  • qəbul olunan tezislərin müəllifinə elanda göstərilən vaxtda qəbul məktubu göndəriləcəkdir. Düzəliş yazılan tezislərin müəllifləri iradları aradan qaldırdıqdan sonra yeni fayla yükləyərək təkrar müraciət etməlidirlər. İmtina olunanlar müraciət edə bilməzlər.
  • mətnin içərisində istinad cümlənin sonunda mötərizədə müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi (Qocayev, M.Q.,2017)  göstərilir.
  • istifadə edilmiş ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir.

 

Tezisin göndəriləcəyi ünvan:

Elektron  formada:  conference@bsu-uni.edu.az

İşçi dilləri:  Azərbaycan, türk, ingilis, rus

Konfransda yalnız məruzə edən şəxslərin materialları (tezisləri) çap olunacaqdır.

Konfransla əlaqədar hər hansı təklif və sualla bağlı: conference@bsu-uni.edu.az elektron poçt ünvanına və ya aşağdakı əlaqələndirici nömrəyə müraciət edə bilərsiniz.

 

Qeyd:  Aktuallığı, orijinallığı və elmi yeniliyi ilə seçilən tezislər məqalə şəklində işləndikdən  sonra xüsusi topluda çap olunacaqdır.

 

Əlaqə telefonu: (+99412) 4401472

 Əlaqələndirici şəxs: dos.Dürdanə Hümbətova