ELAN

Bakı Slavyan Universitetində 18 iyul 2022-ci il tarixindən 2021/2022-ci tədris ilinin yay semestri təşkil olunacaq. 

BSU tələbələri üçün yay semestrinə son qeydiyyat tarixi 15 iyul 2022-ci il tarixində başa çatır. Qaydalara uyğun olaraq, tələbə mobilliyi çərçivəsində digər universitetlərin tələbələri də akademik kreditlərini toplaması məqsədilə BSU-ya müraciət edə bilərlər. 

Digər universitetlərin tələbələrinə qeydiyyat üçün son tarix 18 iyul 2022-ci ildir.

Qeyd edək ki, Bakı Slavyan Universitetində təhsil alan Vətən müharibəsi qaziləri və Şəhid ailələrinin üzvləri olan tələbələr üçün yay məktəbində dərslər ödənişsiz əsaslarla təşkil olunacaq.