BAKI SLAVYAN UNİVERSİTETİ
2019/2020-Cİ TƏDRİS İLİ ÜÇÜN
ƏCNƏBİ VƏTƏNDAŞLARIN QƏBULUNU ELAN EDİR
(Sənəd qəbulu üçün son tarix 16.09.2019)
Bakı Slavyan Universiteti 2019/2020-ci tədris ili üçün Bakı Slavyan Universitetində mövcüd olan bütün ixtisaslar üzrə əcnəbi vətəndaşların qəbulunu elan edir.
- Hazırlıq (Azərbaycan dili/Rus dili üzrə əyani təhsil. Təhsil müddəti 1 il. İllik təhsil haqqı 1000AZN)
- Bakalavriat proqramı (23 ixtisas üzrə əyani və qiyabi təhsil. Təhsil müddəti 4-5 il. İllik təhsil haqqı 1900-2600 AZN)
- Magistratura proqramı (31 ixtisas üzrə əyani təhsil. Təhsil müddəti 4-5 il. İllik təhsil haqqı 1600-2300 AZN)
- Doktorantura proqramı (14 ixtisas üzrə təhsil və elmi araşdırma. Təhsil müddəti 4-5 il. İllik təhsil haqqı 1400 AZN)
Bakı Slavyan Universiteti əcnəbi tələbələrə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqənin rəsmiləşdirilməsində və tələbə yataqxanasında yerləşdirilməsində dəstək göstərir.
Tələb olunan sənədlər:
- Əvvəlki təhsil haqqında sənədin (attestat/diplom) verilən ölkədə Apostille möhürü ilə və ya leqallaşdırılmış əsli
- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” arayış
- Beynəlxalq pasport
- Tibbi arayış (Hepatit B, C, QİÇS və praktiki sağlamlıq haqqında)
- Rektorun adına ərizə
- Şəkil 3x4 (8 ədəd/qırmızı fonda)
- Tərcümeyi- hal
ƏLAQƏ:
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 33
Tel.: +99412 599-08-70 (115)
Web: www.bsu-uni.edu.az
E-mail: intstudent@tedris-bsu.org
Facebook: interstudentsbsu
paylaş