BAKI SLAVYAN UNİVERSİTETİ 2019/2020-Cİ TƏDRİS İLİ ÜÇÜN ƏCNƏBİ VƏTƏNDAŞLARIN QƏBULUNU ELAN EDİR

BAKI SLAVYAN UNİVERSİTETİ
2019/2020-Cİ TƏDRİS İLİ ÜÇÜN
ƏCNƏBİ VƏTƏNDAŞLARIN QƏBULUNU ELAN EDİR

(Sənəd qəbulu üçün son tarix  16.09.2019)

Bakı Slavyan Universiteti 2019/2020-ci tədris ili üçün Bakı Slavyan Universitetində mövcüd olan bütün ixtisaslar üzrə əcnəbi vətəndaşların qəbulunu elan edir.

  1. Hazırlıq (Azərbaycan dili/Rus dili üzrə əyani  təhsil. Təhsil müddəti 1 il.   İllik təhsil haqqı 1000AZN) 
  2. Bakalavriat proqramı (23 ixtisas üzrə əyani və qiyabi təhsil. Təhsil müddəti 4-5 il. İllik təhsil haqqı 1900-2600 AZN)
  3. Magistratura proqramı (31 ixtisas üzrə əyani təhsil. Təhsil müddəti 4-5 il.   İllik təhsil haqqı 1600-2300 AZN) 
  4. Doktorantura proqramı (14 ixtisas üzrə təhsil və elmi araşdırma. Təhsil müddəti 4-5 il. İllik təhsil haqqı 1400 AZN)

Bakı Slavyan Universiteti əcnəbi tələbələrə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqənin rəsmiləşdirilməsində və tələbə yataqxanasında yerləşdirilməsində dəstək göstərir.

 

 Tələb olunan sənədlər:

  1. Əvvəlki təhsil haqqında sənədin (attestat/diplom) verilən ölkədə Apostille möhürü ilə və ya leqallaşdırılmış əsli
  2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” arayış
  3. Beynəlxalq pasport
  4. Tibbi arayış (Hepatit B, C, QİÇS və praktiki sağlamlıq haqqında)
  5. Rektorun adına ərizə
  6. Şəkil 3x4 (8 ədəd/qırmızı fonda)
  7. Tərcümeyi- hal

 

ƏLAQƏ:

 

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 33

 

Tel.: +99412 599-08-70 (115)

Web: www.bsu-uni.edu.az

E-mail: intstudent@tedris-bsu.org

Facebook: interstudentsbsu