TİBBİ BİLİKLƏRİN ƏSASLARI VƏ MÜLKİ MÜDAFİƏ KAFEDRASI

     Kafedra 1950-ci ildə yaradılıb.

     Elmi istiqamətlər: tibbi biliklərin əsasları; tibbi-gigiyenik tərbiyə; fövqəladə hallarşəraitində tibbi yardım göstərilməsi üzrə praktik işlər; xəstələrə və zədələnmişlərə qulluq; Azərbaycan Respublikasının müdafiəsi uğrunda tələbələrin məsuliyyətini artırmaq üçün onların arasında hərbi vətənpərvərlik tərbiyəsini yüksəltmək; müdafiə üsulları və daimi tibbi yardım göstərməyə hazır olan mütəxəssislər hazırlamaq və s.

     Tədris olunan fənlər: «Tibbi yardımın anatomo-fızioloji əsasları», «Dərmanşünaslıq»; «Xəstələrə ümumi qulluq», «Xəstəliklər və zəhərlənmələr zamanı həkiməqədər yardım», «Yoluxucu xəstəliklər», «Uşaq infeksiyaları», «Zədələnmələr zamanı göstərilən ilk tibbi yardım»; «Mülki müdafiədə tibbi xidmətin təşkili və taktikası», «Mülki müdafiə».