İNGİLİS FİLOLOGİYASI KAFEDRASI

     1962-ci il sentyabrın 1-dən M.F.Axundov adına APRİ-də Xarici Dillər kafedrası fəaliyyətə başladı. 2009-cu ildən kafedranın adı dəyişdirilərək      İngilis filologiyası kafedrası adlandırılmışdır.
     Elmi istiqamətlər:
     İngilis ədəbiyyatı;
     İngilis dilinin tədrisi metodikası.
    Bakalavriat və magistratura pilləsində aşağıdakı fənlər tədris olunur: «İngilis dilinin tədrisi metodikası», «İngilis dilinin leksikası», «Oxu və nitq», «Leksikologiya», «Tərcümə nəzəriyyəsi», «Praktik qrammatika və nəzəri qrammatika», «Kommunikativ qrammatika», «Praktik və nəzəri fonetika», «Alman və fransız dillərini öyrənənlərə ikinci dil kimi ingilis və ərəb dili», «Akademik yazı və oxu», «Morfologiya», «Sintaksis», «İKT
(informasiya kommunikasiya texnologiyaları)», «İngilis dilinin tarixi», «Ölkəşünaslıq», «Üslubiyyət və nitq mədəniyyəti», «Müqayisəli qrammatika», «Kurikulumun əsasları», «Linqvoölkəşünaslıq», «Xarici dil (ingilis filologiyası)», «İngilis dilinin tədrisi metodikası və metodologiyası».
     İngilis filologiyası fakültəsinin tələbələri üçün xarici mütəxəssislər tərəfindən aparılan «Danışıq klubu» fəaliyyət göstərir.
Kafedra üzvləri müntəzəm olaraq Amerika səfirliyi və Britaniya konsulluğunun xarici dil müəllimləri üçün təşkil etdiyi seminar, təlim və proqramlarda iştirak edirlər.