BSU-nun tələbələri “Marş İrəli” layihəsində iştirak ediblər

                        

 

   “İrəli” İctimai Birliyi Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhunda yetişməsi və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi ilə əlaqədar “Marş İrəli” layihəsini həyata keçirir.

   Ağdam rayonu Quzanlı qəsəbəsində həyata keçirilən budəfəki “Marş İrəli” layihəsində Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası və jurnalistikası, Filologiya və xarici dil müəllimliyi, Beynəlxalq münasibətlər və regionşünaslıq, həmçinin Tərcümə fakültələrinin tələbələri iştirak ediblər.

   Layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, onları hərbi xidmətə həvəsləndirmə, milli maraqlarımızın qorunmasında gənclərin fəal iştirakı, sağlam düşüncəli gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla gənclər siyasətinə töhfə verilməsidir.

   Layihə çərçivəsində “Qarabağ həqiqətləri”, “Azərbaycan Silahlı Qüvvələrinə xidmət edirəm”, “Müharibə şəraitində yaşayan gənclərdə psixoloji ruh”, “Aprel döyüşləri” mövzularında ictimai müzakirələr keçirilib.

                                                                                    BSU-nun mətbuat xidməti