BSU dosentinin "Dağlıq Qarabağ həqiqətləri və beynəlxalq hüquq" adlı dərs vəsaiti işıq üzü görüb

   

     Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədovun "Dağlıq Qarabağ həqiqətləri və beynəlxalq hüquq" adlı yeni dərs vəsaiti işıq üzü görüb.

     Dərs vəsaitində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  beynəlxalq hüquqla necə tənzimlənməsi, hansı müstəvidə həll oluna bilməsi və digər bu kimi məsələlər sistemli şəkildə araşdırılıb.

    Dərs vəsaitindən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində təhsil alan tələbələr, həmçin bu sahə ilə bütün maraqlananlar istifadə edə bilərlər.