BSU-da təhsil alan doktorant və dissertantlar üçün seminar keçirilib  

 

    

     İyunun 25-də “Təlim və tədrisdə mükəmməlliyin təşviqi” (PETRA) adlı ERASMUS + layihəsi çərçivəsində Bakı Slavyan Universitetində təhsil alan doktorant və dissertantlar üçün növbəti seminar keçirilib.

     “Tədqiqatın elmi metodları” mövzusunda keçirilən seminarı BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov aparıb.

     Qeyd edək ki, BSU-da bundan əvvəl ERASMUS + layihəsi çərçivəsində "Biblioqrafik materialların verilmə qaydaları" mövzusunda seminar keçirilib.

 BSU-nun mətbuat xidməti