"Məczub Təbrizi və Foruq Fərruxzadın şeirləri" adlı dərs vəsaiti işıq üzü görüb

     Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Elmi Şurasının 30 noyabr 2017-ci il tarixli iclasının qərarı ilə "Məczub Təbrizi və Foruq Fərruxzadın şeirləri" adlı dərs vəsaiti işıq üzü görüb.

     Dərs vəsaitində tanınmış tərcüməçi İbrahim Quliyevin iki ayrı-ayrı üslub və dəsti-xəttə malik olan şairin əsərlərindən etdiyi tərcümələr toplanıb. XVII əsrdə yaşamış Məczub Təbrizi klassik ədəbiyyatı, Foruq Fərruxzad isə XX əsrin yeni poeziyasını (şeire-no) təmsil edir. Tərcüməçi farscadan çevirdiyi şeirlərin təkcə orijinaldakı obraz, vəzn, qafiyə sistemini deyil, həm də ruhunu saxlamağa çalışıb.

     Dərs vəsaitini fars dilindən tərcümə sahəsində uğurlu bir addım hesab etmək olar. Qeyd edək ki, vəsait mütəxəssislər və ali məktəblərin tərcümə ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub.

                                                                                       

                                                                       BSU-nun mətbuat xidməti