BSU-nun xarici əlaqələri genişlənir

      

     Artıq üç gündür ki, Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq  Novruzov və universitetin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov  Ukraynanın Çerniqov Milli Texnologiya Universitetinin (ÇMTU) rəhbərliyinin dəvəti ilə bu şəhərdə işgüzar  səfərdədirlər.  

     BSU nümayəndələrini Çerniqov Milli Texnologiya Universitetinin rektoru və elmi işlər üzrə prorektoru qarşılayıb, gündəlikdə olan tədbirlər proqramı barədə onlara ətraflı məlumat veriblər.

   Azərbaycanı təmsil edən alimlərimiz səfər çərçivəsində “Art dvor” sosial layihəsinin təqdimatında da iştirak edib və yerli media nümayəndələrinə müsahibələr veriblər.     

    Alimlərimiz  Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Mədəni-Tədris Mərkəzinin və ÇMTU   nəzdində Bazar Günü Azərbaycan Məktəbinin açılışında iştirak ediblər.

      Bu tədbirdən sonra Bakı Slavyan Universiteti ilə  Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə və BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti, eləcə də Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

                                                  BSU-nun Mətbuat Xidməti