Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”yə aprelin 30-da Dövlət Bayrağı Meydanından start verilib.
Saat 10:00-da start götürən yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir.
Bakı Slavyan Universitetinin (BSU) 9 tələbəsi, həmçinin tərbiyə işləri üzrə prorektor Xanım Sultanova da iştirakçılar arasında olub. Eyni zamanda “Bir” Tələbə-Könüllü proqramından 22 nəfər tələbəmiz könüllü qismində marafonun təşkilati işlərinə cəlb olunublar.
BSU-nun Mətbuat xidməti