Dünya Autizm Maarifləndirmə ayı

 

     Dünya Autizm Maarifləndirmə ayı çərçivəsində Bakı Slavyan Universiteti yeni layihəyə imza atıb. Layihənin məqsədi autizmdən əziyyət çəkən insanlara dəstək olmaq, onların cəmiyyətimizdən təcrid olunmasının qarşısını almaq, onlara qayğı və diqqətlə yanaşılmasına şərait yaratmaqdan ibarətdir. Sosial video-çarxda BSU-nun rektoru, professor Nurlana Əliyevanın, universitetin professor-müəllim heyətinin və tələbələrin çıxışları öz əksini tapıb.

   Bakı Slavyan Universitetinin Tələbə Xeyriyyə Fondu tərəfindən hazırlanan sosial çarxın layihə rəhbəri Samirə Süleymanova, rejissorlar isə Şahin Sərdarlı və Sahib Azəroğludur.

Autizmdən əziyyət çəkənlərə BSU-dan dəstək