BSU-nun yeni qonaqları

     Oktyabrın 5-də Belarusiyanın Azərbaycandakı səfirliyinin böyük məsləhətçisi Dmitriy Oleqoviç Qorbaçev və səfirliyin əməkdaşı Andrey Adamuşko 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakı Slavyan Universityetinin qonağı olublar. 

     Qonaqlar universitetin rəhbərliyini və professor-müəllim heyətini Belarusiya Prezidenti Aleksandr Lukaşenkonun, Belarusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Vladimiroviç Axramoviçin və öz adlarından təbrik edib, ölkələrimiz arasındakı isti münasibətdə oynadığı müsbət rola görə BSU rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər.  

     Universitetin rektoru, professor Nurlana Əliyeva Belorusiyanın Azərbaycandakı səfirliyi tərəfindən BSU-ya göstərilən bu diqqətə görə qonaqlara öz dərin təşəkkürünü bildirib və bu səmimi münasibətlərin Azərbaycan və Belarusiya dövlət başçılarının qarşılıqlı hörmət və ehtiramından qaynaqlandığını qeyd edib. Sonra o, BSU-nun Belarusiyanın ayrı-ayrı universitetləri ilə əlaqələrinin tarixindən, tələbə mübadilələrindən və BSU-da fəaliyyət göstərən Belarus Dili və Mədəniyyəti Mərkəzinin həyata keçirdiyi tədbirlərdən və gələcək planlardan danışıb. 

     Görüşdə iştirak edən elmi məsələlər üzrə prorektor, professor Rafiq Novruzov isə Belarusiya alimləri ilə azərbaycanlı alimlərinin birgə gerçəkləşdirdikləri layihələr barədə söhbət açıb. R. Novruzov yaxın zamanlarda həmin layihələr seriyasından “Belarusca-azərbaycanca danışıq lüğəti”nin işıq üzü görəcəyini bildirib. 

     Görüşün sonunda BSU-nun rektoru universitetin 70 illik yubileyinə hazırlaşdıqlarını və həmin tədbirlərdə belarusiyalı nümayəndələrin fəal iştirak edəcəklərinə ümid etdiyini bildirib