BSU-nun polşalı qonağı

     Sentyabrın 28-də Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Polşanın “Adam Marşalek” adına məşhur Nəşriyyat Holdinqinin prezidenti Adam Marşaleki qəbul edib.

     Görüş zamanı Adam Marşalek rəhbərlik etdiyi holdinqin BSU ilə köklü əlaqələrinin olduğunu, müxtəlif illərdə birgə elmi konfranslar keçirdiklərini, Polşada çıxan elmi məcmuələrdə BSU alimlərinin əsərlərinin çap olunduğunu vurğulayıb.

     A.Marşalek bu dəfəki gəlişinin məqsədinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə rəhbərlik etdiyi holdinqlə BSU arasındakı üç illik müqaviləni yeniləmək olduğunu bildirib. Müqaviləyə əsasən A. Marşalek və Mikolay Kopernik adına Universitetin keçmiş rektoru prof. Andjey Rasminskinin təşəbbüsü ilə hər il BSU-nun beş tələbəsi Polşada pusluz magistr təhsli ala bilər. Təhsil dövründə tələbələr pulsuz yataqxana ilə də təmin ediləcəklər.

     BSU-nun rektoru, professor Nurlana Əliyeva yaradıcılıq əlaqələrinin inkişafına, azərbaycanlı alimlərin əsərlərinin Polşada çapına və tələbələr üçün Polşada yaradılan şəraitə görə Polşa dövlətinə və holdinqin prezidenti A.Marşalekə təşəkkürünü bildirdib. O, deyib: “İnanıram ki, sizin bu xeyirxah təşəbbüsünüz uzunömürlü olacaq və BSU ilə “Adam Marşalek” adına Holdinq arasında münasibətlər daha da genişlənəcək”.