YAP Gənclər Birliyinin (GB) üzvlərinin "Ümid yeri" uşaq evinə ziyarəti

    

       24 dekabrda BSU-nun YAP Gənclər Birliyinin (GB) üzvləri "Ümid yeri" uşaq evində kimsəsiz uşaqlarla görüşüblər. Görüş YAP GB-nin filologiya ve xarici dil müəllimliyi fakültəsi üzrə fəal üzvlərinin təşkilatçılığı və Tələbə Xeyriyyə Fondunun (TXF) dəstəyi ilə baş tutub.

     Gənc fəallar qayğıya ehtiyacı olan uşaqlara müxtəlif geyimlər, yeni il münasibəti ilə hədiyyələr təqdim ediblər.

    Tələbələrimizin açdıqları bayram süfrəsi və hazıladıqları əyləncə proqramı "Ümid yeri" uşaq evinin balaca sakinlərinin sevincinə səbəb olub.

     Şənlikdə iştirak edən şaxtababa uşaqlara bayram hədiyyələri verib. 
     Sonra tələbələr milli geyimlərdə rəqs ve mahnılar ifa edib, uşaqlarla müxtəlif oyunlar oynayıblar.

     Qeyd edək ki, filologiya ve xarici dil müəllimliyi fakültəsinin dekanı professor İlyas Həmidov, dekan müavinləri Gültəkin Əliyeva və Sevinc Musayeva da tələbələrə yaxından dəstək olublar.