BSU ilə Türkiyə universiteti arasında müqavilə imzalanıb

  

     15 dekabr Türkiyənin Alaniya Alaaddin Keyqubat Universitetinin rektoru, prof., dr.  Əhməd Pinarbaşı  Bakı Slavyan Universitetində olmuşdur. Qonağı BSU-nun rektoru Nurlana Əliyeva qəbul etmiş, ona universitetin fəaliyyəti barədə ətraflı məlumat verib. Türkiyəli rektor universitetin Ukrayna, Rusiya, Belorus Mədəniyyət Mərkəzlərində olmuş, tələbələrlə bir sıra görüşlər keçirib.

     Sonra universitetlər arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Qeyd edək ki, bu müqavilə Alaniya Universitetinin Azərbaycanın ali təhsil müəssisəsi ilə imzaladığı ilk hüquqi sənəddir. Müqavilə universitetlər arasında tələbə və müəllim mübadiləsini, elmi tədqiqatlar və araşdırmalar sahəsində birgə fəaliyyəti nəzərdə tutur. Müqaviləyə əsasən universitetlər birgə  beynəlxalq konfrans və simpoziumlar təşkil edəcək, elmi fəaliyyətin yekunu olaraq elmi toplu və məcmuələr nəşr edəcək.

     Müqaviləni Bakı Slavyan Universitetyi tərəfindən, fil.ü.e.d., professor Nurlana Əliyeva, Alaniya Alaaddin Keyqubat Universitetinin rektoru Ahmet Pinarbaşı imzalanıb.